"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

K.Qəribov: “Məqsədimiz fiziki şəxsləri vaxtında vergiyə cəlb etməkdir”

--2016-09-01 / 23:43

Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin ərazi mülkiyyətinin idarəetmə

şöbəsinin müdiri Kamran Qəribovun Belediyye.infoya verdiyi məlumata görə,

bələdiyyə ərazisində olan fiziki şəxslərə məxsus əmlakın qeydiyyatı başa çatıb.

Bir ilə yaxındır ki, bələdiyyə tərəfindən aparılan araşdırmalardan sonra son yekun siyahı tərtib edilib.

şöbə müdirinin sözlərinə görə,  məqsədimiz fiziki şəxsləri vaxtında vergiyə cəlb etməkdir. Bunun üçün bələdiyyə iclasının qərarıyla yorulmadan sakinlər arasında maarifləndirici tədbirləri həyata keçirilir.

Qeyd edək ki, əmlaka aid olan bütün göstəricilər siyahıya daxil edilib. Artıq hər bir fiziki şəxs hətta onlayn ödəniş sistemiylə bu vergiləri ödəyə bilər.

Sakinlərin və fiziki şəxslərin ödənişiylə bağlı problemlərinin həlli və rahatlığını təmin etmək məqsədiylə bələdiyyənin inzibati binasında E-manat sisteminin post terminalı quraşdırılıb.

Belediyye.info

P.S. Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov və  bələdiyyənin kollektivi doğum günü münasibətiylə ərazi mülkiyyətinin idarəetmə şöbəsinin müdiri Kamran Qəribovu təbrik edir, bələdiyyə qulluğundakı fəaliyyətində yeni-yeni uğurlar arzu edirlər.

ŞƏRHLƏR